"Ağadadaş uzun zamandır xərçəng xəstəsidir, müalicə alır” - Baba Vəziroğlu

"Ağadadaş uzun zamandır xərçəng xəstəsidir, müalicə alır” - Baba Vəziroğlu
SOSİAL
12:01 23.07.2024
781
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi haqda informasiya yayılıb.
 
Sənətçinin yaxın dostu olan şair Baba Vəziroğlu AZXEBER.COM-a açıqlamasında xəbəri saytlardan öyrəndiyini deyib:
 
"Hadisə haqda məlumatım yoxdur. Xankəndidən bu səhər gəlmişəm. İndi xəbərdar olmuşam. Çox təəssüflənirəm. O belə insan deyil. Uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkir, müalicə alır. Ağzına spirtli içki də vurmur ki, deyim içkili olub. Onun bir restoranı var idi, indi fəaliyyəti dayanıb, mərəsim evidir. Ona görə də o belə şeylərdən uzaq adamdır. Heç kimlə əlaqə saxlaya bilmirəm, telefona cavab vermir. Dəqiq nə, necə olub öyrənməyə çalışıram, bilmirəm nə edim".
 
Xatıladaq ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR