Emin və Araz Ağalarov aktyor Robert de Nironu qonaq ediblər.
Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu Eminin yeni fotosu yayılıb. Crocus Groupun prezidenti və bəstəkar-müğənni Emin Ağalarov məşhur Hollivud aktyoru Robert de Niro ilə bir araya gəliblər. Məşhurları bir araya toplayan səbəb isə Ağalarovların sahibkarlıq etdikləri Nobu_Moscow restoranının 5 illiyinin qeydi olub. Tez-tez Bakıya gəlib gedən Emin və Araz Ağalarov Hollivud ulduzunu qonaq ediblər. Şam yeməyindən sonra isə Ağalarovlar aktyor Robert de Niro ilə birlikdə xatirə şəkli çəkdiriblər. Həmin şəkil müğənninin İnstaqram səhifəsində yerləşdirilib. Xatırladaq ki, ifaçı iyul ayının 17-də Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert “Yaşıl teatr”da keçiriləcək. Bu barədə məlumatı Emin şəxsi "Facebook" səhifəsində pərəstişkarları və dostları ilə paylaşıb. Müğənni möhtəşəm şou hazırlıqları getdiyini bildirib. (anspress)
