Ağalıda 30 ildən sonra ilk nişan - FOTO

Ağalıda 30 ildən sonra ilk nişan - FOTO
SOSİAL
13:31 10.07.2023
181
Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib.

30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub.

Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.

Qeyd edək ki, nişan mərasimi Ağalı kəndinin mərkəzində yerləşən şənlik evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.
 
///Azərtac
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR