Ağasəlim Mircavadov: 'Mən heç kimə kəllə atmamışam'

İDMAN
16:37 18.04.2013
1193

“Mən heç kimə kəllə atmamışam. Böyükağa Hacıyevin dediyi sözlərlə tanışam. Ona cavab vermək istəmirəm. Ancaq onu deyə bilərəm ki, Allah ona can sağlığı versin”.

Açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında on oyunluq cəzalandırılmasına münasibət bildirərkən deyib: “Mən Ağasəlim müəllim kimi hakimə kəllə atmamışam ki, məni 10 oyunluq cəzalandırılar”.

A.Mircavadov qeyd edub ki, belə fikirlərə münasibət bildirmək istəmir: “Çünki mən başqa xarakterli insanam”.

OXŞAR XƏBƏRLƏR