Rəqəmsal platformada yayımlanan 'Kübra' serialının çəkiliş meydançasında tanış olub eşq yaşamağa başlayan Çağatay Ulusoy və Aslıhan Malbora münasibətləri ilə yenidən gündəmə gəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Paris Moda Həftəsinə qatıldıqdan sonra Türkiyəyə dönən Aslıhan Malbora hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Aktrisa qısqanclıq mövzusuna toxunub:
"Demetlə Çağatayın yeni layihəsi çox maraqlıdır. Bir-birilərinə çox yaraşırlar. İkimiz də aktyoruq, bu bizim peşəmizdir. Aramızda etimad problemi yoxdur. Çağatayı Demetə qısqanmıram”.
Aysel