Bu sözləri cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Ağayar Axundzadə deyib.O, Pekin Olimpiadasının qalibi Elnur Məmmədlinin (81 kq) kanadalı Antuan Val-Forteyə məğlubiyyətinə münasibət bildirib.Axundzadənin sözlərinə görə, idmançımız vaxtında fənd işlətməli idi: “Hər şey gözünüzün qabağında baş verdi. Gördünüz ki, necə uduzdu. Heç olmasa fəallığı, təşəbbusu ələ almaq lazım idi. Rəqib olimpiya çempionu ilə qarşılaşırdı. Ona təzyiq olsaydı, qorxa-qorxa yarışacaqdı. Onda hakimlər Elnura tərəf olardılar. Daha nə demək olar? Olimpiya çempionu haqqında deyə bilməzszən ki, təcrübəsi yoxdu, texnikası zəifdi və ya deyə bilmərəm hakimlərin günahı var. Günah həm Elnurda, həm də bizdədi”.Qeyd edək ki, Olimpiya çempionumuzun döyüşünün əsas vaxtında xal qazanılmadığından və hər 2 idmançı 1 xəbərdarlıq aldığından əlavə vaxta ehtiyac duyulub. Burada da cüdoçular fənd tətbiq edə bilməyib və yekunda hakimlər daha aktiv olan kanadalını qalib elan ediblər.