AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı

AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
SOSİAL
17:06 07.08.2025
456
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.

AZXEBER.COM-UN qaynarinfo-ya istinadən verdiyi məlumatına görə, AAYDA-nın tabeliyində fəaliyyət göstərən "2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.

Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus "Toyota Prado" markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.

Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri - ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onların evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.

Məhkəmənin qərarı ilə Taleh Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi