AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB
DÜNYA
17:39 06.02.2026
310
Avropa Birliyi (AB) Komissiyası Elon Maskın İspaniyanın Baş naziri Pedro Sançesi "faşist” adlandırmasını qınayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, AB Komissiyasının sözçüsü Tomas Regnier bildirib ki, qurum üzv dövlətlərin liderləri ilə tam həmrəydir.
 
Regnier əlavə edib ki, AB rəqəmsal platformaların Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində məsuliyyətə cəlb edilməsini dəstəkləyir.

Xatırladaq ki, Mask sosial mediaya nəzarətin artırılması təşəbbüsündən sonra Sançesi sərt tənqid etmişdi. Sançes isə cavabında bu hücumları "irəliləyişin əlaməti” adlandırıb.
OXŞAR XƏBƏRLƏR