ABB Mərkəzi Bankından 5 il müddətinə 150 milyon manat məbləğində subordinasiya kreditini cəlb etdi

İQTİSADİYYAT
16:26 15.02.2012
2850

Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından 5 il müddətinə 150 milyon manat məbləğində subordinasiya kreditini cəlb etmişdir. Xüsusi subordinasiya borc öhdəliyi “Bank Kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na uyğun olaraq I-ci dərəcəli kapitala aid edilir.

Beləliklə Azərbaycan Beynəlxalq Bankı uzunmüddətli dövlət maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaqdır.

OXŞAR XƏBƏRLƏR