Abbas Abbasovun “kassiri” işdən qovuldu - Həbsi gündəmdə...

Abbas Abbasovun “kassiri” işdən qovuldu - Həbsi gündəmdə...
SİYASƏT
11:16 06.11.2015
1650
Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. Onun yerinə Emin Əfəndiyev təyin edilib.Qeyd edək ki, Beynəlxalq Bankın Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.Bir neçə ay əvvəl Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham etmişdi. Məlumatda bildirilirdi ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı “Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda" Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub”. Rusiya Mərkəzi Bankının müvafiq qərarı ötən ilin noyabr ayının 7-də qüvvəyə minib.Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu Beynəlxalq Bank vasitəsilə köçürülürdü. Bu köçürmələr “IBA Express” sistemi vasitəsilə aparılırdı. Bu sistem çərçivəsində köçürmələrin ümumi illik həcmi 120 milyon dollardan çox idi.Beynəlxalq Bankın Moskva filialının rəhbəri haqda ilginc məlumatlar hələ işdən çıxarılmasından əvvəl də vardı. İddia olunurdu ki, yaradıldığı vaxtdan Rusiyada yaşayan azərbaycanlılara bankın Moskva filialından ya kredit verilməyib, ya da müraciət edənlərə kreditin əvəzində 10-15 faiz həcmində pul verilib. Beynəlxalq Bankdakı dayağı Cahangir Hacıyevin hesabına F.Abdullayev Moskvada özünə var-dövlət qazanıb və oliqarx kimi yaşayıb.O Beynəlxalq Bankın pulu ilə Moskvanın Lenin prospektindəki “Forto-Pyano” yaşayış kompleksi üçün azərbaycanlılardan külli miqdarda pul yığsa da, onları aldadıblar. Bu işdə isə filialın kreditlər şöbəsinin direktoru Fərhad Rüstəmovun adı hallanır. F.Rüstəmov kredit qalmaqalına görə Bakıda həbs olunan, yalnız bir neçə gün əvvəl isə hələ ki bilinməyən səbəblərdən azad edilən Nadir Abbasovun qızının əridir. Nadir Abbasov baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun doğma qardaşıdır. Aydındır ki, məhz onun vasitəsilə N.Abbasov Beynəlxalq Bankdan 10 milyon kredit götürüb. Ümumiyyətlə, Moskva filialının məhz Abbas Abbasovla yaxınlığı, hətta ona işlədiyi barədə iddialar çoxdur. F. Abdullayevin “Milyarderlər ittifaqı” adlanan qurumun “kassası” olduğu barədə də xəbərlər vardı.Məlumatlara görə, Fuad Abdullayevin işdən çıxarılması birbaşa kredit qalmaqalı ilə əlaqəlidir. Hətta onun həbs ediləcəyi barədə də iddialar var. “Azadlıq” qəzeti yazıb ki, yaxın günlərdə “kredit qalmaqalı” ilə bağlı yeni həbslər dalğası başlayacaq. İddialara görə, əsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Qəzet bu şirkətlərin sayının 40-a yaxın olduğunu yazır.Qeyd olunur ki, kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədiyinə görə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib.Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb