'Abbas Abbasovun kimə sözü varsa, konkret ad çəksin' - Siyavuş Novruzov

SİYASƏT
18:28 12.06.2013
2153
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun dünənki qalmaqallı bəyanatına münasibət bildirib. S.Novruzov deputat “Milyarderlər İttifaqı" kimi tanın Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) rəhbərliyində təmsil olunan A.Abbasovun “Azərbaycanda onlara qarşı çirkin kampaniya aparılır” deyə Bakıya ünvanladığı sərt mesajlara adekvat cavab verib.S.Novruzovun sözlərinə görə, A.Abbasov kimə sözü varsa, konkret ad çəkməlidir. YAP rəsmisi həmçinin A.Abbasova xəbərdarlıq edib. Bildirib ki, onlar oktyabrın 16-da keçiriləcək prezident seçkilərindən sonra özlərini bağışlatmaq üçün vasitəçilər axtaracaqlar:“Kim nə deyirsə, özü üçün deyir. Rusiya ilə Azərbaycan arasında münasibətlər normal səviyyədədir. Dövlətlərimiz arasında heç bir problem yoxdur. Burada Abbas Abbasov kimə işarə edir, hansı müxalifət partiyasına işarə edir, özü bilər. Konkret olaraq ad çəkilmir. O bu fikri müxtəlif eyhamlarla ortalığa atır. Ola bilər hansısa dairələrə bu sərf eləmir. Onları da qızışdırıb ortaya salan adamlar var. Ordan-burdan bəyanatlar verirlər. Bu adamların da bəyanatları oktyabrın 16-a kimi olacaq. Bundan sonra başlayacaqlar üzrxahlıq eləməyə ki, “səhv eləmişik, günahlarımı bağışlayın”.Bizim hakimiyyət tərəfindən onlara qarşı kampaniya aparılmır. Bizim belə bir fikrimiz də yoxdur. Abbas müəllim kimi nəzərdə tutursa, qoy konkret adını çəksin”, - deyə deputat S.Novruzov A.Abbasova cavab verib.
OXŞAR XƏBƏRLƏR