Abbas Bağırov şəxsi həyatından danışdı: “Xanımım qohum deyil”

Abbas Bağırov şəxsi həyatından danışdı: “Xanımım qohum deyil”
MAQAZİN
14:34 17.01.2018
2524
Əməkdar artist Abbas Bağırov Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişində həyat yoldaşından danışıb.
 
AZXEBER.COM xəbər verir ki, əməkdar artist həyat yoldaşı ilə harada tanış olduğunu deyib.
 
"Gəncəli olsam da, bizdə fərqi yoxdur. Başqa bölgədə yaşayanlarla da ailə qura bilərlər. Həyat yoldaşım qohumum deyil. Onunla Bakıda tanış olmuşuq. Ancaq mən istəmirəm ki, şəxsi həyatımla gündəmə gəlim”.
 
Abbas toyunda xalq artisti Ənvər Sadıxovun ona etdiyi sürpizdən də danışıb.
 
"Toyun sonunda "Qaytağı” ansamblı sıraya düzülərək, "Xızı dağları” mahnısını ifa etdilər. Amma mahnının sözlərini dəyişib, mənim şəxsi həyatıma aid ifadələr işlədərək, ifa etdilər. O videonu heç sosial şəbəkədə də yaymaq istəmədik”.
 
Qeyd edək ki, əməkdar artist Abbas Bağırov ikinci dəfə ailə həyatı qurub. İkinci dəfə evlənən Abbas özünə 3 dəfə toy edib.
 
Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR