Abbas Əraqçi: Atəşkəsi qəbul etmirik

Abbas Əraqçi: Atəşkəsi qəbul etmirik
SİYASƏT
11:01 18.03.2026
153
Atəşkəsi qəbul etmirik, amma müharibəyə birdəfəlik son qoymaq üçün ideya olsa, nəzərdən keçirərik.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli mediaya müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın dostları arasında bir çox ölkə sülhün bərqərar olmasında rol oynamağa hazırdır.

O, bunun üçün çalışan bütün dost ölkələrə təşəkkür edib, lakin atəşkəsi qəbul etmədiklərini bəyan edib.

XİN rəhbəri qeyd edib ki, deeskalasiya ilə bağlı hər hansı bir ideya mövcud olsa və bu ideya İranın şərtlərini təmin etsə, o cümlədən bütün regionda müharibəyə birdəfəlik son qoyulsa və İrana dəymiş ziyan ödənilsə, mütləq bu ideyanı dinləyib nəzərdən keçirəcəklər.
OXŞAR XƏBƏRLƏR