Abbas: "Toyum mediaya qapalı olacaq"

Abbas: "Toyum mediaya qapalı olacaq"
MAQAZİN
14:58 31.01.2017
1113

 

Əməkdar artist Abbas Bağırov şəxsi həyatından danışıb.

Müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında haqqında yayılan şayiələrə son qoyub.

O bildirib ki, sevdiyi xanımdan ayrılmayıb:

"Bu yaxınlarda xəbər yaydılar ki, sevdiyim insanla münasibətim pozulub. Yanımda olmayan biri necə belə xəbər yaya bilər? Həyatımda hər şey yolundadır.

Toyum olacaq. Əlbəttə, Azərbaycanda edəcəm. Amma toy mediaya qapalı olacaq. Mən şəxsi həyatımı qapalı saxlamağı sevirəm".

///Axşam.az-
OXŞAR XƏBƏRLƏR