Abdülhey "Kurtlar Vadisi Pusu"ya geri dönür

DÜNYA
16:14 02.06.2015
6898
Uzun illərdir “Kurtlar Vadisi”ndə Əbdülhey obrazını canlandıran, lakin daha sonra layihədən uzaqlaşan aktyor Kənan Çoban yenidən seriala qayıdır.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin monotonluğundan sıxıldığını deyərək oradan uzaqlaşan aktyor ssenariyə əsasən öldürülmüşdü.Bir müddət ATV-də yayımlanan “Bəyaz qərənfil” serialında baş rolda çəkilən Kənan istənilən nəticəni əldə edə bilməyib. Reytinq yığa bilməyən serialın yayımı dayandırıldığından aktyor uzun müddət ekranlardan uzaq düşmüşdü.Yenidən “Kurtlar vadisi”nə qayıtmağa qərar verən K.Çoban bunun üçün “Pana Film” prodüser şirkəti ilə danışıqlara başlayıb və Əbdülhey obrazının yenidən canlandırılması üçün ekran işinin ssenarisində bəzi dəyişikliklər edilməli olub.
OXŞAR XƏBƏRLƏR