III Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda olan Türkiyənin 11-ci prezidenti Abdulla Gül Bakının tarixi məkanlarını ziyarət edib.Keçmiş prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevin bələdçiliyi ilə “Qız qalası” ilə tanış olub. Gəzintisini Nizami küçəsində davam etdirən Gül şəhər sakinləri ilə söhbət edib.