Abel Məhərrəmov ''British Council''in nümayəndəsi ilə görüşdü - FOTO

Abel Məhərrəmov
Bütün Xəbərlər
15:46 14.11.2012
1037
Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Nottingem Tren Universitetinin İnsan Resurslarının İnkişafı üzrə Beynəlxalq Departamentinin direktoru, “British Council”ın MDB ölkələrində İnsan Resurslarının İdarə olunması üzrə baş məsləhətçisi Deyv Dauti ilə görüşüb. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Nottingem universiteti ilə BDU arasında ikili diplomların tətbiq olunması üzrə proqramın yaradılması məsələsi müzakirə olunub.Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək artıq BDU ilə Ankara universiteti arasında ikili diplomların verilməsinə dair Anlaşma Memorandumunun imzalandığını bildirib. Abel Məhərrəmov eyni təcrübənin Rusiya universitetləri ilə də olduğunu qeyd edərək BDU-nun Avropa universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.Rektor, biznesin idarə olunması məsələsinin də çox aktual olduğunu qeyd edərək BDU-nun bu məsələyə dair maraqları haqqında danışıb.
OXŞAR XƏBƏRLƏR