Abel Məhərrəmovun, Anar Rzayevin,Yaqub Eyyubovun oğlu... – Məmurların səfir övladları

Abel Məhərrəmovun, Anar Rzayevin,Yaqub Eyyubovun oğlu... –  Məmurların səfir övladları
SİYASƏT
19:06 28.09.2018
32809

Hazırda Azərbaycanın 70-dən çox dövlətdə diplomatik korpusu fəaliyyət göstərir ki, onların arasında vaxtilə ölkəmizdə yüksək vəzifə daşımış məmurlar, eyni zamanda özləri ilə bərabər valideynləri də yüksək status daşıyan diplomatlar var.

 

AZXEBER.COM hazırda Azərbaycanı müxtəlif dövlət və diplomatik korpuslarda səfir kimi təmsil edən məşhur övladları ilə bağlı araşdırma aparıb.

 

Azərbaycanın Avropa Şurası yanında diplomatik missiyasına rəhbərlik edən Emin Eyyubov Baş Nazirin I müavini Yaqub Eyyubovun oğludur. Uzun müddətdir diplomatik fəaliyyətdə olan E.Eyyubov Azərbaycanın Belçika Krallığı, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı olub.


Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmmov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur. Bu təyinatadək Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini vəzifəsində çalışan A. Məhərrəmov 10 ildən artıqdır bu sitemdədir.


Azərbaycanın Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin oğludur. İndiyə qədər ölkəmizi Küveytdə səfir kimi təmsil edən T.Rzayev bundan öncə müxtəlif diplomatik korpuslarda yüksək vəzifələr tutub.


Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, mərhum professor Seyfəddin Qəndilovun oğludur. Uzun illərdir diplomatik fəaliyyətdə olan L.Qəndilov müxtəlif dövlətlərdə ölkəmizi təmsil edib.


"SOCAR”ın İndoneziyadakı təmsilçiliyinin rəhbəri Ruslan Qarayev Azərbaycanın İndoneziya və Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin oğludur. Bir zamanlar ölkə parlamentində yüksək vəzifə tutan T.Qarayev artıq 25 ildir ki, diplomatik fəaliyyətlə məşğul olur.

 

"SOCAR”ın Avstriyadakı təmsilçiliyinin rəhbəri Gülmirzə Cavadov Səhiyyə Nazirinin sabiq müavini, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, mərhum Fəxrəddin Cavadovun oğludur. Uzun müddətdir bu vəzifədə çalışan Gülmirzə Cavadov nümyəndəliyin ilk və sonuncu rəhbəridir.

 

// Azər Niftiyev, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR