Abel Məhərrəmovun yerinə təyin olunan nazir müavini işə başladı - FOTO

Abel Məhərrəmovun yerinə təyin olunan nazir müavini işə başladı - FOTO
SOSİAL
13:35 24.12.2018
3490
Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunan Firudin Qurbanov vəzifəsinin icrasına başlayıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, o, bu gün prorektorlar və rektorun müşavirləri ilə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.

Qeyd edək ki, F. Qurbanov təhsil nazirinin müavinidir. O, təhsil nazirinin əmri ilə dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi

 


  •  

OXŞAR XƏBƏRLƏR