“Abituriyent” jurnalının məsul katibi vəfat etdi

“Abituriyent” jurnalının məsul katibi vəfat etdi
SOSİAL
10:59 22.08.2023
227
Azərbaycan alimi, pedaqoq, "Abituriyent” jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət İmtaha Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, o, avqust 21-də 72-ci yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, H.Kazımov M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib, gərgin elmi axtarışlarının nəticəsi olaraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Onun səmərəli elmi-tədqiqat işlərini davam etdirməklə bərabər, mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyəti də həmişə yüksək qiymətləndirilib.
 

 


OXŞAR XƏBƏRLƏR