Bir çox namizəd, ilk imtahanın nəticəsinin onu qane edib-etməyəcəyini bilmədən, ikinci dəfə iştirak etmək üçün ödəniş edərək qeydiyyatdan keçmək məcburiyyətində qalır.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Xəzər Xəbər”ə açıqlamasında təhsil məsələləri üzrə ekspert, Vüsət Əzizov bildirib.
Ekspertin sözlərinə görə bu hal birinci cəhd imtahanında yüksək nəticə toplaya bilməyən abituriyentlər üçün bir sıra çətinliklər yaradır.
Onun fikrincə, bu məsələdə valideynlərin və abituriyentlərin istəklərinin nəzərə alınması daha məqsədəuyğun hesab olunur.
Ekspert qeyd edib ki, imtahan tarixləri Nazirlər Kabineti tərəfindən müxtəlif dövlət qurumları ilə razılaşdırılaraq müəyyənləşdirilir.











































