“Abituriyentlər keçid balının ümidinə qalıblar” - Ekspert həyəcan təbili çaldı

“Abituriyentlər keçid balının ümidinə qalıblar” - Ekspert həyəcan təbili çaldı
SOSİAL
15:03 18.08.2023
573
Xəbər verdiymiz kimi, Dövlət İmtahan Mərkəzi Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. İxtisas seçimi bütün qrupları üzrə avqustun 28-dək internet vasitəsilə aparılır.

Tələbə adını qazınmış abituriyent üçün həlledici məqamlarından biri də ixtisas seçimidir. Bəs, ixtisas seçimini doğru etmək üçün nə etmək lazımdır?

AZXEBER.COM-a danışan təhsil eksperti Nadir İsrafilov ali məktəblərə qəbulun sadələşdirilməli olduğunu deyib:

"Ali məktəblərinə qəbul məsələsi mütəxəssilər tərəfindən dəfələrlə müzakirə olunur. Qəbul imtahanlarının ən qəliz hissəsindən biri də ixtisas seçimidir. Düşünürəm ki, ali məktəblərə qəbulu sadələşdirmək lazımdır. Hazırkı sistem çox mürəkkəbdir. Biz bu gün ali təhsilin hamı üçün əlçatan olmasına, neft kapitalının insan kapitalına çevrilməsinə çalışırıq. İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir? Dünyanın bir sıra ölkələrində olduğu kimi təkpilləli, vahid imtahan modelinə keçid etmək lazımdır. Abituriyent 15-20 ixtisas arasında seçim etmək məcburiyyətində qalır. Seçimi düzgün aparmadığına görə 150 bal toplayan ali məktəbə daxil olur, 400 bal toplayan isə yox”.

Təhsil ekspeti valideynlərin ixtisas seçiminə qarışmasının yalnış olduğunu vurğulayıb:

 "Valideynlərin ixtisas seçiminə qarışması məzunların çoxunun gələcəkdə ixtisasa uygun olmayan sahələrdə işləməsinə, ya da ikinci ali təhsil almaq kimi problemlərə səbəb olur. Valideyinin istədiyi ixtisasda təhsil alan tələbə gələcəkdə öz ixtisasına uyğun yerdə işləmir. Çünki başdan bu sahəni istəyərək seçməyib. Həmçinin düzgün ixtisası seçmək üçün məcbur olub ekspert yanına gedirlər. Ekspert də doğru seçim etməyə bilər.  Elə etmək lazımdır ki, peşə seçimi orta məktəbdən başlasın, məktəbli isə hansı ixtisasa maraqlı olduğunu indidən müəyyən etsin.  Abituriyentlər keçid balının ümidinə qalıblar. Bu sahədə təkminləşdirmə aparılmalıdır”. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR