Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır
SOSİAL
09:40 08.09.2026
45
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

AZXEBER.COM xəbər verir ki, universitetlərə qeydiyyat yalnız my.gov.az ilə aparılır.

Qeydiyyat üçün mygov ID ilə şəxsi kabinetinizə daxil olun, "Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçin və "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçin.Məlumatlarınızı yoxlayın, tələb olunan sənədləri yükləyin və qeydiyyatınızı tamamlayın.

Müraciətin statusunu isə "Xidmətin tarixçəsi” bölməsindən izləmək mümkündür.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsi tərəfindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.

Xatırladaq ki, qeydiyyat 28 avqust saat 11:00-dan başlayıb.
OXŞAR XƏBƏRLƏR