Abituriyentlərin hansı hallarda imtahanın 2-ci cəhdinə buraxılmayacaqları AÇIQLANDI - VİDEO

Abituriyentlərin hansı hallarda imtahanın 2-ci cəhdinə buraxılmayacaqları AÇIQLANDI - VİDEO
SOSİAL
23:16 19.05.2025
357
Dövlət İmtahan Mərkəzi qarşıdakı həftələrdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdində imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə DİM-in abituriyentlərə müraciətində bildirilib.

Müraciəti şərh edən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə bildirir ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər.

DİM imtahan iştirakçılarını imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı xahiş edir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik. 

OXŞAR XƏBƏRLƏR