"Abituriyentlərin intiharına görə mətbuat günahkardır" - Deputat

"Abituriyentlərin intiharına görə mətbuat günahkardır" - Deputat
SOSİAL
12:57 23.05.2018
5628

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə, gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.

 

"Məsələn, biri intihar edir, mətbuat isə bunu işıqlandırır, dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizli saxlanırdı, indi isə, sanki, açıq təbliğ olunur. Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik", - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR