Abramoviçin yaxtası əlindən alındı - VİDEO

MAQAZİN
08:14 08.04.2013
2508
Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid ibn Təllal əl-Səudun sifarişi ilə hazırlanan "Azzam" adlı yaxta dünyanın ən böyük yaxtası adını qazanıb. 500 milyon avroya başa gələn yaxtanın uzunluğu 180 metr təşkil edir. Bununla da, Səudiyyə Ərəbistanı şahzadəsi "dünyanın ən böyük yaxtasının sahibi" statusunu rusiyalı oliqarx Roman Abramoviçin əlindən alıb."Azzam" təkcə dünyanın ən böyük yaxtası deyil, o həm də ən sürətli yaxtası hesab edilir. 95 min at gücünə malik olan yaxta saatda 35 dəniz mili qət edir. Dörd motorlu yaxtanın 1 milyon litrlik yanacaq tankı da var.Səudiyyə Ərəbistanı şahzadəsinin qonaqları üçün nəzərdə tutulan yaxtada parti salonu, disko, hovuz, sinema salonu və onlarla kabinə var. Daxili divarları timsah dərisi ilə örtülmüş yaxta iki helikopter meydançasına da malikdir.

OXŞAR XƏBƏRLƏR