“Abırın olsun, küçə adamı kimi danışma” - Faiq Ağayevdən tənqid

“Abırın olsun, küçə adamı kimi danışma” - Faiq Ağayevdən tənqid
MAQAZİN
18:59 30.12.2025
153
Xalq artisti Faiq Ağayev səhnə tərzi ilə bağlı ona irad yazanlardan danışıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi Aynur Xəlilovanın "Hərşeyşünas” layihəsində açıqlama verib.

Faiq Ağayev başına gələn bir hadisədən söz açıb:

"Göyçayda gözəl konsertdə çıxış etmişəm. Qayıtmışam, bir yiyəsiz qız yazıb ki, o nə qeyri-ciddi pencəkdir geyinmişdin? Ona cavab verərlər? Qız elə söz yazar? Bəlkə də çox təhlükəli söz işlədəcəm. Elə qızı boğarlar ki, ay qız, abırın, ismətin olsun, küçə adamı kimi danışma. İncəsənət xadiminə "ciddi, qeyri-ciddi” iradı ilə yanaşarlar? Məmurla, siyasətçi ilə müğənni arasında fərq yoxdur? Həkimin ağ geyimini, kosmonavtın geyimini qəbul edirlər, müğənninin qaşlı pencəyini yox. Bu cür adamlar oksigen sərfidir”.
OXŞAR XƏBƏRLƏR