ABŞ 139 xarici qrantı ləğv etdi

ABŞ 139 xarici qrantı ləğv etdi
DÜNYA
22:44 15.04.2025
223
ABŞ dövlət katibi Marko Rubio ümumi məbləği 215 milyon dollar olan qrantların xarici ölkələrə ayrılmasını ləğv edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Hökumət Səmərəliliyi Departamenti (DOGE) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda deyilir: "Katib Rubio Dövlət Departamentinin xaricə yardımını yaxından nəzərdən keçirməyə davam edərək, bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib".

Söhbətin Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən getdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR