ABŞ 17 ildən sonra ilk dəfə Britaniyada nüvə silahı yerləşdirdi

ABŞ 17 ildən sonra ilk dəfə Britaniyada nüvə silahı yerləşdirdi
DÜNYA
22:02 21.07.2025
315
Amerika Birləşmiş Ştatları 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya ərazisində taktiki nüvə silahı yerləşdirib.

Bu barədə məlumatı Britaniyanın "UK Defence Journal” portalı öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bir neçə ədəd B61-12 tipli taktiki termonüvə aviabombası İngiltərənin şərqində yerləşən Saffolk qraflığındakı Leikenhit hərbi bazasına yerləşdirilib.

Qeyd olunur ki, bu bombalar ABŞ-ın Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən, Nyu-Meksiko ştatındakı Kirtlend aviabazasından gətirilib.
OXŞAR XƏBƏRLƏR