3 həftə əvvəl Amerika Birləşmiş Ştatlarında başlayan meşə yanğınları hələ də davam edir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, yanğınlar ilk olaraq ABŞ-ın Kaliforniya ştatında başlayıb. Yanğınların 22-ci günündə başlayan güclü külək səbəbilə meşələrdə olan yanğınların söndürülməsində çətinliklər yaranıb.
Qeyd edək ki, ABŞ hökuməti Kaliforniya ştatındakı "Dixie” kimi adlandırılan yanğının ən böyük meşə yanğını olduğunu bəyan edib.
Mikayıl Mirzəzadə