ABŞ 4 fiziki və hüquqi şəxsə qarşı sanksiya TƏTBİQ ETDİ

ABŞ 4 fiziki və hüquqi şəxsə qarşı sanksiya TƏTBİQ ETDİ
DÜNYA
21:56 27.08.2025
196
ABŞ Rusiya, Çin və KXDR-dən iki vətəndaşı və iki şirkəti sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyinin fikrincə siyahıya əlavə olunan adlar KXDR hökumətinin informasiya texnologiyaları sahəsində təşkil etdiyi saxtakarlıq sxemində iştirak edir.

Sənədə əsasən, sanksiyalara Rusiya vətəndaşı Vitali Sergeyeviç Andreyev, KXDR vətəndaşı Kim Un-Sun, həmçinin Pxenyan və Şenyanda (Çin) yerləşən "Korea Sinjin Trading Corporation” və "Shenyang Geumpungri Network Technology” şirkətləri daxildir.
 
/APA
OXŞAR XƏBƏRLƏR