ABŞ Almaniyada Ukrayna əsgərlərinə təlim keçəcək

ABŞ Almaniyada Ukrayna əsgərlərinə təlim keçəcək
DÜNYA
10:46 16.12.2022
235

ABŞ Almaniyada Ukrayna əsgərlərinə təlim keçəcək.

AZXEBER.COM xəbər verir ki, ABŞ Ukrayna əsgərlərini Almaniyada hərtərəfli ilkin hərbi təlimlə təmin edəcək.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Ryder bildirib ki, ABŞ ordusu Almaniyada xüsusi silah təlimləri ilə yanaşı, Ukrayna ordusuna batalyonlarda hərtərəfli manevr və silahdan istifadə təlimi verməyə başlayacaq. 

Gündəlik mətbuat konfransında açıqlama verən Ryder ABŞ-ın Avro-Afrika Quru Qoşunları Komandanlığının Almaniyada Ukrayna ordusu üçün təlimlərini genişləndirəcəyini bildirib. 

Ryders ABŞ-ın ötən aprel ayından bu yana 3100 Ukrayna əsgərinə və 12 min Ukrayna əsgərinə silah sistemi təhsili verdiyini də bildirib. 

Onun sözlərinə görə, təlim yanvar ayında başlayacaq, ABŞ-ın hələ tədarük etmədiyi silahları əhatə etməyəcək və bir neçə həftə davam edəcək.

Ayşən

OXŞAR XƏBƏRLƏR