ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin edildiyini bəyan edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat verir.“O, birinci dərəcəli diplomatdır və mən əminəm ki, o, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək”, - deyə dövlət katibi bildirilib.C.Kerri bəyan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə nail olmaq üçün iki ölkəyə yardım göstərilməsinə tam sadiqdir.Qeyd edək ki, Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq.Yeni həmsədr bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub.O, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) olub və digər məsul vəzifələrdə çalışıb.2012-ci ilin dekabrında səfir Robert Bradtke ABŞ-dan ATƏT-in Minsk qrupunun daimi həmsədri kimi öz missiyasını bitirib.Hazırda ABŞ-ı ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədr səfir Yan Kelli təmsil edir.