ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Regional sabitlik və geosiyasi dönüş

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Regional sabitlik və geosiyasi dönüş
SİYASƏT
14:27 09.01.2026
124
Yola saldığımız il ölkəmizin xarici siyasətinin postmünaqişə mərhələsində keyfiyyətcə yeni status qazandığı il kimi səciyyələndirilə bilər. Bu il təkcə Azərbaycan-Ermənistan qarşıdurmasının sülh müstəvisinə keçidi ilə deyil, habelə Bakının qlobal güc mərkəzləri ilə münasibətlərində yeni tarazlığın formalaşması ilə yadda qaldı. Xüsusilə ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan strateji dönüş regional və qlobal miqyasda uzunmüddətli nəticələr vəd edir.

Bayden administrasiyası dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində balansın pozulması, Ermənistan mərkəzli yanaşmanın üstünlük qazanması ABŞ-ın regional maraqları ilə ziddiyyət təşkil edirdi. Bu siyasət nə münaqişənin həllinə töhfə verdi, nə də regionun aparıcı gücü olan Azərbaycanla münasibətlərin inkişafına imkan yaratdı. Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın Cənubi Qafqaz siyasətində praqmatik realizmə əsaslanan yanaşma bərpa olundu və regionda formalaşmış yeni geosiyasi reallıq qəbul edildi.

2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, ABŞ Prezidentinin siyasi təminatçılığı və şahidliyi ilə sülh sazişini paraflaması bu dönüşün kulminasiya nöqtəsi oldu. Sözügedən görüş təkcə iki ölkə arasında müharibə dövrünün rəsmi olaraq başa çatmasını deyil, həm də ABŞ-ın regional vasitəçi rolunun yeni formatda bərpasını təsdiqlədi. Paralel olaraq, Bakı-Vaşinqton münasibətləri uzun fasilədən sonra institusional səviyyədə strateji məzmun qazandı.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Memorandumun imzalanması münasibətlərin artıq taktiki deyil, uzunmüddətli strateji müstəviyə keçdiyini göstərdi. Enerji təhlükəsizliyi, regional tranzit, rəqəmsal iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən bu sənəd tərəflərin maraqlarının kəsişdiyi əsas istiqamətləri sistemləşdirən yol xəritəsi rolunu oynayır.

Bu yeni mərhələnin ən mühüm siyasi-simvolik nəticələrindən biri ABŞ-da uzun illər Azərbaycan-Amerika münasibətlərinin üzərində kölgə yaradan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən dayandırılması oldu. Münaqişə dövrünün reallıqları üzərində qurulmuş bu düzəliş nə hüquqi, nə də siyasi baxımdan mövcud regional vəziyyətlə uzlaşırdı. Ermənistan-Azərbaycan müharibəsinin başa çatması və kommunikasiyaların açılması fonunda 907-ci düzəlişin saxlanılması ABŞ-ın öz maraqlarına da zidd idi. Hazırkı mərhələdə bu düzəlişin Konqres tərəfindən tam ləğvi Vaşinqtonun yeni siyasətinin məntiqi davamı kimi görünür.

Vaşinqton sammitinin daha bir strateji nəticəsi Zəngəzur dəhlizinin beynəlxalq siyasi legitimlik qazanması oldu. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adı altında razılaşdırılan bu layihə mahiyyət etibarilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsini nəzərdə tutur. ABŞ Prezidentinin bu layihəni açıq şəkildə dəstəkləməsi Zəngəzur dəhlizini regional təşəbbüsdən beynəlxalq nəqliyyat arxitekturasının tərkib hissəsinə çevirir.

Hazırda dəhlizin Azərbaycan ərazisində yerləşən hissəsində infrastruktur layihələrinin böyük əksəriyyəti tamamlanmaq üzrədir. Dəmir yolu və avtomobil magistralları, körpülər və logistika qovşaqları regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişəcək potensiala malikdir. Dəhlizin tam istifadəyə verilməsi Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi dividendlər yaradacaq.

Beləliklə, 2025-ci il Amerika-Azərbaycan münasibətlərində strateji tərəfdaşlığa keçid, 907-ci düzəlişin faktiki olaraq siyasi gündəmdən çıxarılması, Ermənistan-Azərbaycan sülh prosesinin beynəlxalq təminat altına alınması və Zəngəzur dəhlizinin rəsmiləşdirilməsi baxımından tarixi dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu il formalaşan yeni konfiqurasiya Cənubi Qafqazda uzunmüddətli sabitlik və inteqrasiya üçün real əsaslar yaradır. 

Azər Niftiyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil edilib
16:15 05.03.2026
Azal: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil edilib
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi