ABŞ Azərbaycan və Ermənistan arasında razılaşmanın tezliklə əldə olunacağına ümid edir

ABŞ Azərbaycan və Ermənistan arasında razılaşmanın tezliklə əldə olunacağına ümid edir
SİYASƏT
01:31 08.08.2025
144
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə danışıb.

"Deyə bilərəm ki, həm prezident, həm də dövlət katibi dəfələrlə ümumilikdə razılaşmanın tezliklə əldə olunacağına ümid etdiklərini bildiriblər. Hər ikisi bunu bir dəfədən artıq vurğulayıb”, – Piqott deyib.

Onun sözlərinə görə, dövlət katibi bu mövzunu mütəmadi olaraq, zəruri hallarda gündəmə gətirir.

"Elan ediləcək konkret bir məqam olduqda, bu barədə məlumat verəcəyik. Amma indi təxminlərə və detallara varmaq niyyətində deyiləm”, – o əlavə edib.
 
///Trend
OXŞAR XƏBƏRLƏR