AZPROMO-nun rəhbəri Rüfət Məmmədov: "Çox istəyirik ki, kənd təsərrüfatı, yeyinti, kimya sənayesi, tullantıların emalı sahəsində ABŞ iş adamları Azərbaycanda investisiya yatırsınlar"
"Bu günədək ABŞ şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 900 milyon dollara yaxın investiya yatırıb". Bunu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə Azərbaycan və ABŞ arasında geniş və intensiv iqttisadi ticarət əməkdaşlığı mövcuddur. ABŞ-ın 220 şirkəti Azərbaycanda kifayyət qədər aktiv fəaliyyət göstərir. Ümumiyyətlə bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 880 milyon ABŞ dolları investisiya yatırıblar. R.Məmmədov vurğulayıb ki, təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2.3 milyard dollara yaxın olub: “İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq aparılır. Buraya energetika, neft-qaz, müxtəlif növ avadanlıqlar, kimya və yeyinti məhsulları misal göstərmək olar. Ümumiyyətlə ticarət sahəsində geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığı daha da genişləndirmək üçün bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Bu gün tədbirdə iştirak üçün bir sıra ABŞ şirkətlərinin nümayəndələri Bakıda səfərdədir. Hər iki tərəfdən müxtəlif sahələrdən olan 70-ə yaxın iş adamları iştirak edir. Müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilir. Biz istəyirik ki, kənd təsərrüfatı, yeyinti, kimya sənayesi, tullantıların emalı sahəsində ABŞ iş adamları Azərbaycanda investisiya yatırsınlar.” Bunun üçün R.Məmmədov əlavə edib ki, ABŞ iş adamlarına biznes forum çərçivəsində Azərbaycanda həyata keçirilən iqtisadi layihələr təqdim olunacaq. O cümlədən Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Eko Sənaye parkını təqdim edəcəyik. Çünki ABŞ şirkətlərinin bir neçəsi bu sektorda fəaliyyət göstərir. Biz istərdik ki, hər iki sənaye parkında xarici investorlar öz fəaliyyətini qursunlar. O cümlədən digər sahələrdə. Bilirsiniz ki, İKT sahəsində yüksək texnologiyalar parkı Azərbaycanda yaradılıb. Bu parkda da istəyirik ki, ABŞ şirkətləri öz fəaliyyətlərini qursunlar.