ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə veto qoyub

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə veto qoyub
DÜNYA
23:42 18.09.2025
190
ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzzada dərhal və daimi atəşkəsin tələb olunduğu qətnaməyə veto qoyub.

"Cümə axşamı ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza sektorunda dərhal, qeyd-şərtsiz və daimi atəşkəsin, eləcə də İsrailin Fələstin anklavına humanitar yardımın çatdırılmasına qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub", – deyə məqalədə bildirilir.

Qeyd olunur ki, qətnamənin lehinə 14 üzv səs verib. Bu, İsrail ilə HƏMAS arasında, demək olar ki, iki ildir, davam edən müharibə ilə bağlı ABŞ-nin Təhlükəsizlik Şurasında altıncı dəfə veto tətbiq etməsi olub.
 
/report
OXŞAR XƏBƏRLƏR