ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
DÜNYA
07:59 06.03.2025
206
Vaşinqton bundan sonra ABŞ administrasiyasının qanunsuz miqrasiyada iştirak etdiyini güman etdiyi xarici rəsmilərə qarşı birtərəfli sanksiyalar tətbiq edəcək.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.

"Bu gün yeni viza məhdudiyyətləri siyasətini elan edirəm. Bu məhdudiyyətlər digər ölkələrin hökumət rəsmilərinə, o cümlədən miqrasiya və gömrük xidməti əməkdaşlarına, hava və dəniz limanlarında çalışanlara, eləcə də Vaşinqtonun qanunsuz miqrasiyaya bilərəkdən şərait yaratmaqda şübhəli bildiyi digər məmurlara şamil olunacaq”, – dövlət katibinin yazılı açıqlamasında bildirilib.

Rubio əlavə edib ki, sanksiyalar həmçinin vəzifə borclarını vicdansız yerinə yetirən şəxslərə qarşı da tətbiq ediləcək. Buraya miqrasiya qanunlarının tələblərini pozan və ya xarici vətəndaşların ABŞ-nina cənub-qərb sərhədindən qanunsuz keçidinə dolayısı ilə şərait yaradan şəxslər də daxildir.
 
///report
OXŞAR XƏBƏRLƏR