ABŞ-da 12 yaşlı şagird məktəb yoldaşlarını güllələdi

DÜNYA
12:52 16.01.2014
1022

ABŞ-in Nyu-Meksika ştatının Rozuel şəhərindəki orta məktəbdə atışma olub.

Hadisənin 12 yaşlı məktəb şagirdi tərəfindən törətdildiyi ehtimal olunur.AZXEBER.COM Rusiya saytlarına istinadən xəbər verir ki, adı gizli saxlanan 12 yaşlı uşaq ov tüfəngini musiqi alətinin saxlanması üçün nəzərdə tutulan üzlükdə gizlədərək məktəbə gətirib.

İdman zalındakı yoldaşlarına atəş açan məktəblinin əlindən müəllimləri silahı ala bilib. Şagirdin hadisəni nə üçün törətdiyinin səbəbləri hələ məlum deyil.Hadisədən sonra məktəbin bütün şagirdləri yaxınlıqdakı ticarət mərkəzinə, yaralılar isə xəstəxanaya göndərilib.

OXŞAR XƏBƏRLƏR