ABŞ-da 5 körpədə koronavirus aşkarlandı

DÜNYA
10:37 04.04.2020
447
ABŞ-ın Merilend ştatında biri biraylıq olmaqla, 5 körpəyə koronavirus diaqnozu qoyulub.

"Report” "CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Larri Hoqan açıqlama verib.

O bildirib ki, ştatda yaşı 1-dən az olan 5 körpədə koronavirus testi pozitiv çıxıb: "Gerçək budur ki, bu xəstəlik heç bir fərq qoymur, heç kəs toxunulmaz deyil”.

Qeyd edək ki, Merilenddə indiyədək 2 758 nəfərə koronavirus diaqnozu qoyulub. Ştatda pandemiya qurbanlarının sayı isə 40-ı ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR