ABŞ-da 70 uşağa vaxtı keçmiş koronavirus vaksini vurulub

ABŞ-da 70 uşağa vaxtı keçmiş koronavirus vaksini vurulub
DÜNYA
10:05 04.12.2021
312
ABŞ-da 70 uşağa vaxtı keçmiş koronavirus peyvəndi vurulub. Onların revaksinasiyaya ehtiyacı olacaq.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisə Merilend ştatında baş verib.

Qeyd edilir ki, 5 yaşdan 11 yaşa qədər olan 70 uşağın valideynlərinə məlumat verilib.

Vaxtı keçmiş peyvənd vurulan uşaqları bununla bağlı təhlükə gözləmir. Bununla belə, onlara koronavirusa qarşı maksimum qorunma təmin etmək üçün yenidən peyvənd vurdurmaq tövsiyə olunub.
OXŞAR XƏBƏRLƏR