ABŞ-ın İllinoys ştatında qum fırtınası səbəbindən 72 avtomobil zəncirvari qəzaya uğrayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, polisin qəza ilə bağlı bu gün verdiyi açıqlamada yük maşınları da daxil olmaqla 72 avtomobilin zəncirvari qəza törətdiyi və qəzada 6 nəfərin həyatını itirdiyi bildirilib.
Polis bildirib ki, 2-80 yaşlarında olan 37 yaralı xəstəxanaya aparılıb.
ABŞ Milli Meteoroloji Xidmətinin yerli bürosu toz fırtınasının görmə qabiliyyətini sıfıra endirdiyini bildirib.
Gülay