Katarakt

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

DÜNYA
23:06 12.06.2021
418
ABŞ-ın Çikaqo (İllinoys ştatı) şəhərində atışma olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə polisin nümayəndələrinə istinadən CNN telekanalı bildirib.

Məlumata görə, naməlum şəxslərin açdığı atəş nəticəsində bir nəfər öldürülüb, daha doqquz nəfər yaralanıb.

Qeyd edilir ki, atışma zamanı xəsarət almış 10 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan biri – ağır xəsarət almış qadın xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisəni iki nəfər törədib. Polis onların axtarışına başlayıb.

OXŞAR XƏBƏRLƏR