ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində səhər namazını qılarkən məscid imamı bıçaqla hücuma məruz qalıb.
AZXEBER.COM xəbər verir ki, camaatın üstündən tullanaraq imamın əlinin arxasından bıçaqlayan türk əsilli Şerif Zorba adlı hücumçu qaçmaq üzrəykən vətəndaşlar tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan Şerif Zorba adlı təcavüzkarın səcdə halında camaatın üstündən tullanaraq 65 yaşlı imama bıçaqla xəsarət yetirdiyi açıq şəkildə əksini tapıb.
Hadisənin təfərrüatlarına yer verən məscid rəhbərliyi Zorbanın hücumu niyə həyata keçirdiyini açıqlamasa da, mövzu ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
Ayşən