Amerikada bir meksikalı cütlük məşhur Türk televiziya serialını izlədikdən sonra İslamı qəbul etmək qərarına gəlib.
Ər və arvad tarixi sərgüzəşt serialına vurulub. Və bundan sonra filmdə gördükləri ilə maraqlanaraq müsəlman mədəniyyətini öyrənməyə başlayıblar.
Meksikalılar İslamdan o qədər təsirləniblər ki, özləri də müsəlman olmağa qərar veriblər. Ərtoğrulda Əbdürrəhman Alp rolunu canlandıran sevimli aktyorları Cəlal Əlinin iştirakı ilə onlar üçün əhəmiyyətli bir hadisə baş verib. Ər-arvad Los-Ancelesdəki bir mərasimdə türk sənətçisi ilə birlikdə şəhadət gətirərək İslamı qəbul ediblər.
"Türk serialı "Diriliş Ərtoğrul” və Türkiyənin dünyadakı humanitar fəaliyyətləri bizi heyrətləndirdi və nəticədə müsəlman olmağa qərar verdik" - deyə yenicə müsəlman olmuş meksikalı ər-arvad söyləyib.
Kəlmeyi-şəhadəti oxuduqdan sonra onlara ingilis və ispan dillərində Quran təfsirləri verilib.
///Moderator.az