ABŞ-da ermənipərəst senator istintaqa cəlb olunub

ABŞ-da ermənipərəst senator istintaqa cəlb olunub
DÜNYA
19:03 27.10.2022
265
Ermənipərəst çıxışları ilə tanınan, Nyu-Cersi ştatından olan senator Robert Menendez istintaqa cəlb olunub.

Bunu R.Menendezin müşaviri də təsdiqləyib. İstintaqı Manhetten Federal Prokurorluğu aparır.

Xatırladaq ki, amerikalı senator 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, həmçinin Melqenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüblər.
OXŞAR XƏBƏRLƏR