ABŞ-də sülh tərəfdarı olan yəhudi qruplar İsraildən Qəzza əməliyyatını dayandırmaq tələbi ilə nümayişlərini davam etdirirlər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir qrup etirazçı paytaxt Vaşinqtonda bəzi Konqres üzvlərinin otaqlarını zəbt edərək oturaq etiraz aksiyası keçirib.
Sülh tərəfdarı olan yəhudi qeyri-hökumət təşkilatları Konqres binasında növbəti dəfə aksiya keçirib. "Atəşkəs” çağırışı edən nümayişçilər paytaxt Vaşinqtonda gizlicə girdikləri Konqres binasında başda Vermont və Demokratik Partiyadan olan müstəqil senator Berni Sanders olmaqla bəzi senatorların ofislərini zəbt edərək oturaq etiraz aksiyası keçiriblər.
Konqres polisi oturaq aksiyaya qatılan nümayişçilərə müdaxilə edərək ən azı 49 nəfəri saxlayıb. Nümayişçilərin müxtəlif qapılardan bir-bir ziyarətçi kimi binaya daxil olduqları məlum olub.
Etiraz aksiyasını təşkil edən yəhudi qruplarını təmsil edən Rouz Espinola açıqlama verərək, "Biz Konqres üzvlərini, Prezident Baydeni və Baş nazir Benyamin Netanyahunu dərhal atəşkəs və girovluqda olanların azad edilməsi üçün bütün səlahiyyətlərindən istifadə etməyə çağırırıq” deyə bildirib.
Aysel