ABŞ-da eyni anda 50 nəfər mağazaları qarət etdi

ABŞ-da eyni anda 50 nəfər mağazaları qarət etdi
DÜNYA
11:22 15.08.2023
165
ABŞ-da təxminən 50 nəfər eyni vaxtda mağazaları qarət edib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 100 min dollar dəyərində dəbdəbəli əşyaları qarət edən oğrular hadisə yerindən qaçıblar.
 
Kütləvi oğurluğun ünvanı ABŞ-ın Los-Anceles şəhəridir. Talançılar mağazanın mühafizəçilərini zərərsizləşdirmək üçün ayı gicəlləndirici spreydən istifadə ediblər.

Onlar mağazanın vitrinlərini və rəfləri sındıraraq oğurlanmış mallarla mağazadan qaçıblar. 100 min dollar dəyərində dəbdəbəli əşyalar oğurlayan oğrular hələ də tapılmayıb.

ABŞ-da belə kütləvi soyğunların artması narahatlıq doğurur.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR