ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində limanda yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, baş verən yanğına müdaxilə edərkən 2 yanğınsöndürən ölüb, 5 yanğınsöndürən yaralanıb.
ABŞ-nin Nyuark şəhərinin meri Ras Baraka jurnalistlərə deyib: "Biz Nyuark şəhərində iki nəfəri itirdik. Onlar tərəddüd etmədən canlarını verdilər və yəqin ki, səhər işə gedərkən 5 min maşın daşıyan gəmidə yanğınla mübarizə aparacaqlarını düşünmürdülər. Bu görüntü həmişə bu missiyanın nə qədər təhlükəli olduğuna dair yaddaşımda qalacaq”.
Onun məlumatına görə, 5 nəfər yaralının müalicəsi xəstəxanada davam etdirilir.
Ayşən