ABŞ-da gecə klubunun yaxınlığında silahlı insident olub, yaralananlar var

ABŞ-da gecə klubunun yaxınlığında silahlı insident olub, yaralananlar var
DÜNYA
19:09 11.06.2023
212
ABŞ-ın Texas ştatının Hyuston şəhərində gecə klubunun yaxınlığında silahlı insident zamanı 6 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "ABC News" məlumat yayıb.

Naməlum şəxs "Tabu” gecə klubunun yaxınlığında insanlara atəş açmağa başlayıb.

Güllə yarası alan bir nəfərin vəziyyəti ağırdır. Digərlərinin həyatı üçün təhlükə yoxdur.

Şübhəli hələ tutulmayıb, belə ki, o, hadisə yerindən qaçıb.
OXŞAR XƏBƏRLƏR